HƏMAS Qəzza danışıqlarında iştirak etməyəcək

HƏMAS Qəzza zolağında atəşkəslə bağlı avqustun 15-də Qətər və ya Misirdə keçirilməsi planlaşdırılan görüşlərdə iştirak etməyəcək.

Metbuat.az xəbər verir ki, bu barədə HƏMAS-ın Livandakı nümayəndəsi Əhməd Əbdül Hadi məlumat verib.

Onun sözlərinə görə, HƏMAS atəşkəslə bağlı danışıqlara tamamilə qarşı olmasa da, indi bu mümkün olmuyacaq.

Əhməd Əbdül Hadi Netanyahunun atəşkəslə bağlı razılığın əldə olunmasında maraqlı olmadığını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı