Qazinin yanındakılar kim olub? - Onlar çıxıblar, Abusət tapılmır

Avqustun 9-u gecə saatlarında 44 günlük Vətən müharibəsi iştirakçısı Abusət Əliyevin Samur-Abşeron kanalında batdığı bildirilib.

Metbuat.az xəbər verir ki, iddialara görə, o suda batarkən yanında iki şəxs olub və həmin şəxslər sudan çıxıblar. Abusət Əliyevin qardaşı bildirib ki, altı gündür qardaşından xəbər yoxdur:

"Maşın həqiqətən də, kanala düşmüşdü. Qardaşımla birlikdə üç nəfər idi, iki nəfər çıxarılıb. Onların necə çıxarıldığı müvafiq qurumlar tərəfindən araşdırılır. Qardaşım ortalıqda yoxdur, altı gündür səbir edirik. Fövqəladə Hallar Nazirliyinə, yerli icra hakimiyyətinə, "Azərsu"ya yaxınlaşıram, hamısı deyirlər ki, bizim nəzdimizdən çıxıb. Getmədiyimiz qurum, bölmə qalmayıb".

Babək sudan çıxan digər iki şəxsi tanımadığını qeyd edib: "O şəxsləri mən heç vaxt görməmişəm, amma iddia edirlər ki, orada yaşayırlar, Vətən müharibəsi iştirakçılarıdırlar".

"Həyat yoldaşımın bir ayağı yoxdur, qapı-qapı düşüb oğlumuzu axtarır. Deyirlər ki, bu işə baxacağıq, amma heç nə etmirlər. Bir ana kimi ürəyim ağrıyır, mənim uşağımı tapıb mənə verin" , - Abusət Əliyevin anası bildirib.

Samur-Abşeron Kanalının İstismarı İdarəsindən bildirilib ki, hadisə baş verən gün dərhal əraziyə baxış keçirilib, texnika vasitəsilə avtomobil sudan çıxarılıb. Bir sutka ərzində suyun səviyyəsi minimum həddə endirilib. Avqustun 14-də isə Abusət Əliyevin ailəsi ilə görüş keçirilib və bununla bağlı müvafiq orqanlara məlumat verilib.

Ətraflı Baku TV-nin süjetində:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR