Toyda zəhərlənən 55 nəfərin vəziyyəti açıqlandı

Xəbər verdiyimiz kimi, Qəbələdə şadlıq evlərindən birində keçirilən toy mərasimində kütləvi zəhərlənmə olub.

Hadisə ilə bağlı Metbuat.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, Avqustun 15-i saat 19:00-dan başlayaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 55 nəfər (21 kişi, 34 qadın cinsli olmaqla) qida zəhərlənməsi şübhəsilə müraciət edib, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib:

"51 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 3 nəfərin (1 kişi, 2 qadın olmaqla) müalicəsi Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir, vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir. 1 nəfərin isə (qadın cinsli) müalicəsi Təcili yardım şöbəsində davam etdirilir və vəziyyəti stabil qiymətləndirilir".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı