"Bu bizə xəbərdarlıqdır" - "Dinamo"nun məşqçisi

"Qarabağ"ın uğurlu çıxışı bizim üçün xəbərdarlıqdır".

Metbuat.az xəbər verir ki, bunu Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun baş məşqçisi Sergey Yakiroviç UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la keçirəcəkləri ilk oyundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.

Yakiroviç, "Qarabağ"ın güclü bir rəqib olduğunu vurğulayaraq, bu uğurlu çıxışın onların komandası üçün ciddi bir xəbərdarlıq olduğunu qeyd edib.

"Rəqib komandanın futbolçuları uzun müddətdir bir yerdə çıxış edirlər. Onlara qarşı mübarizə çətin olacaq. Ötən mövsüm UEFA Avropa Liqasında "Bayer 04" (Almaniya) klubuna çətin anlar yaşatdılar. "Ludoqorets"lə (Bolqarıstan) matçda rəqib qapısından səfərdə 7 qol keçirdilər. "Qarabağ"ın uğurlu çıxışı bizə xəbərdarlıqdır. Rəqibin hücum xəttində çox yaxşı oyunçuları var. Müdafiədə necə çıxış edəcəklərini isə görəcəyik".

Qeyd edək ki, "Dinamo" və "Qarabağ" komandaları arasındakı ilk qarşılaşma sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab oyunu isə avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR