Ançelotti oğlu ilə Ardaya görə mübahisə etdi - "Real"da gərginlik

“Real Madrid”in “Malyorka” səfərində xal itirməsindən sonra baş məşqçi Karlo Ançelotti tənqid edilib.

Metbuat.az xəbər verir ki, 1-1 hesabı ilə yekunlaşan matçdan sonra Ançelotti oyunçu dəyişiliklərini gec etdiyi üçün tənqidlərə məruz qalıb. Azarkeşləri Ançelottinin əvəzetmələri gecikdirməsinə qəzəbləniblər. Məlumata görə, oyun zamanı oğlu Davide Ancelotti də dəyişikliklərin daha tez edilməsi üçün atasına xəbərdarlıq edib. Məşqçilər heyətində yer alan Davide atasına 65-ci dəqiqədə Arda Güler və Brahim Diazın oyuna salınmasını təklif edib.

Lakin Ançelotti buna etiraz edib. Davide israr edib və tərəflər arasında diqqətçəkməyən mübahisə baş verib. Qeyd edək ki, Karlo Ançelotti 82-ci dəqiqədə dəyişiklik etmək üçün hərəkətə keçsə də, bu dəfə oyun dayanmayıb və Arda, Brahim və Lukas 87-ci dəqiqədə oyuna daxil olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR