"Mançester Yunayted" Ferdi ilə bağlı gözlənilməz qərar verdi

İngiltərənin "Brayton" klubu ilə razılaşsa da, transfer danışıqları uzanan "Fənərbağça"nın futbolçusu Ferdi Kadıoğlu ilə bağlı daha bir iddia ortaya atılıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, "Mançester Yunayted" Ferdi Kadıoğlunu transfer etməkdən vaz keçib. Bildirilir ki, həmin mövqedə oynayan Luk Şov qısa müddətdə zədəsini sağaldıb geri dönəcək, eyni zamanda bu mövqedə Mazraoyi və Diego Dalot da oyanaya bilir.

"Brayton" futbolçu üçün İstanbul təmsilçisinə 35 milyon avroluq təklif göndərib, futbolçunun özü ilə bütün şərtlərdə razılığa gəlib. Hazırda türk klubu məbləğin yüksəldilməsi üçün transfer danışıqlarını davam etdirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı