Durovun saxlanma müddəti növbəti dəfə artırıldı

"Telegram"ın yaradıcısı Pavel Durovun həbs müddətinin uzadılması barədə qərar qəbul edilib.

Metbuat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Paris prokuroru bildirib ki, Pavel Durov kibercinayətlərlə bağlı istintaq çərçivəsində daha 48 saat həbsdə qalacaq.

Qeyd edək ki, Paris prokurorluğu Pavel Durovun 12 cinayət törətməkdə ittiham olunduğunu açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı