​Braziliya məhkəməsi Maska 24 saat vaxt verdi

Braziliya məhkəməsi "X" sosial şəbəkəsinin ölkədəki yeni nümayəndəsini təyin etmək üçün Maska 24 saat vaxt verib.

Metbuat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, əks halda Braziliya məhkəməsi Maskı sosial şəbəkəni ölkədə bloklamaqla hədələyir.

Qeyd edək ki, avqustun 17-də "X" Braziliyadakı ofisinin bağlandığını elan edib. Şirkətdən verilən məlumata görə, hakim Alexander de Moraes, X-in senzura məhdudiyyətlərinə razı olmadığı təqdirdə sosial şəbəkənin nümayəndələrindən birini gizli şəkildə həbslə hədələyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı