Ançelotti onun üzərindən xətt çəkdi - Yeni plan

"Real Madrid" - "Valyadolid"lə matçında ilk 11-də forma geyinən Arda Gülerin bu mövsüm arxa planda qalmayacağı bildirilir.

Metbuat.az xəbər verir ki, Ardanın heyətdəki yerinin Luka Modriçdən öndə olduğu qeyd edilib. İspaniya mediasının məlumatına görə, Modriç Arda ilə yanaşı Brahim Diazın da gerisində qalıb. Bildirilir ki, Modriç baş məşqçi Karlo Ançelotti üçün 3-cü seçimdir. Məlumata görə, Ardanın heyətə düşmək üçün rəqibi daha Modriçlə deyil, Brahim Diazdır. Qeyd edək ki, "Valyadolid" matçında Arda Güler oyuna yarımmüdafiəçi kimi başlayıb.

Ardanın uğurlu oyun nümayiş etdirdiyi qeyd edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR