Belarus əsgərlərinə döyüşmək əmri verilməyib - Lukaşenko

"Belarus silahlı qüvvələrinə ölkədən kənarda hərbi əməliyyatlarda iştirak etmək əmri olmayıb və olmayacaq”.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko xarici mətbuatda onun Rusiya-Ukrayna münaqişəsində iştirak etmək niyyətində olduğu barədə bəyanatlar barədə danışarkən deyib.

“Ölkəmizdən kənara çıxmaq əmri olmayıb və olmayacaq. Yalnız onlar bizə pis niyyətlə müdaxilə etsə, döyüşəcəyik”.

Qeyd edək ki, avqustun 18-də 20 mindən çox Ukrayna əsgəri Belarusla ilə sərhəddə yerləşdirilib. Ukrayna tərəfinin hərəkətlərinə cavab olaraq Belarus da ölkələr arasında bütün sərhəd boyu yerləşdirilmiş hərbi qulluqçularının sayını artırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı