Millətlər Liqası: Azərbaycan yığmasının heyəti bəlli oldu

Azərbaycan millisinin sentyabrın 5-də evdə İsveç, 8-də səfərdə Slovakiya yığmasına qarşı keçirəcəyi UEFA Millətlər Liqasının oyunları üçün heyəti bəlli olub.

Metbuat.az bildirir ki, baş məşqçi Fernandu Santuş siyahıya 24 oyunçu cəlb edib.

Qapıçılar: Mehdi Cənnətov (“Sumqayıt”), Rza Cəfərov (“Neftçi”), Yusif İmanov (“Sabah”)

Müdafiəçilər: Amin Seydiyev (“Sabah”), Qismət Alıyev (“Zirə”), Şəhriyar Əliyev (“Turan Tovuz”), Rahil Məmmədov ("Radomyak", Polşa), Abbas Hüseynov, Bədavi Hüseynov , Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov (hamısı "Qarabağ")

Yarımmüdafiəçilər: Elvin Camalov ("Sabah"), Coşqun Diniyev ("Bandırmaspor", Türkiyə), Aleksey İsayev ("Qarabağ"), Xəyal Nəcəfov ("Turan Tovuz"), Emil Mustafayev (“Polesye”, Ukrayna), Emin Mahmudov ("Neftçi"), Ceyhun Nuriyev ("Zirə")

Hücumçular: Ozan Can Kökçü (HİK, Finlandiya) Ramil Şeydayev ("Neftçi"), Nəriman Axundzadə ("Qarabağ"), Rüstəm Əhmədzadə ("Zirə"), Renat Dadaşov ("Ankaragücü", Türkiyə)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR