"Qalatasaray"la adı hallanan Hermosonun yeni klubu bilindi

İspaniyanın "Atletiko Madrid" klubundan ayrılan və azad agent olan Mario Hermosonun yeni klubu bilinib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, futbolçu İtaliyanın "Roma" klubunda forma geyinəcək. Bu barədə klubun baş məqşçisi De Rossi mətbuat konfransında məlumat verib:

"Bir mərkəz müdafiəçisi ilə müqavilə imzalamışıq, adını deyə bilmərəm. Nəysə, deyim, Mario Hermoso".

"Roma"nın tezliklə oyunçunun keçidi ilə bağlı rəsmi açıqlama verəcəyi gözlənilir.

Qeyd edək ki, Hermosonun adı əvvəlcə "Fənərbağça", son günlərdə isə "Qalatasaray" ilə hallanırdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR