Azərbaycanda qatarlarla bağlı yenilik

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC sərnişindaşımada ilk dəfə loyallıq proqramını həyata keçirməyi planlaşdırır.

Metbuat.az Reporta istinadən xəbər verir ki, bunu ADY-nin sədri Rövşən Rüstəmov bildirib. Onun sözlərinə görə, layihənin reallaşdırılmasına yaxın zamanlarda başlanılacaq:

"Aviadaşımalarda tətbiq olunan "Miles" proqramına uyğun olaraq qatarlarda gedişlərin sayına görə sərnişinlər bonuslar əldə edəcəklər".

R.Rüstəmov vurğulayıb ki, loyallıq proqramı ADY-nin mobil tətbiqinə əlavə ediləcək:

"Bununla yanaşı, mobil tətbiqə bir sıra yeni funksiyaların əlavə edilməsi gözlənilir".

Xatırladaq ki, ADY hazırda Bakı-Pirşağı-Sumqayıt, Bakı-Xırdalan-Sumqayıt, Bakı-Ağstafa-Bakı, Bakı-Qəbələ-Bakı istiqamətlərində sərnişin daşıyır.

Ölkədə dəmir yolu nəqliyyatı ilə 2024-cü ilin yanvar-iyul aylarında 4 milyon 524.2 min sərnişin daşınıb, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20.5 % çoxdur.

ADY 2021-ci ildə 2.8 milyon, 2022-ci ildə 5.2 milyon, 2023-cü ildə isə 7.0 milyon sərnişin daşıyıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı