Ötən gün Milli Məclisə keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələri məlum olub. Seçki baş tutub və parlamentə 125 yeni deputat seçilib.
Metbuat.az Yenisabah.az-a istinadən bildirir ki, millət vəkillərinin 99-u kişi, 26-sı qadındır. Onlar müxtəlif yaş kateqoriyalarını təmsil edirlər. Yeni tərkibdə Milli Məclisin ən yaşlı deputatı akademik Ziyad Səmədzadədir. Onun 84 yaşı var. Parlamentin ən gənc üzvünün isə 31 yaşı var. Həmin şəxs 11 saylı Binəqədi-Qaradağ seçki dairəsindən deputat seçilən Səbinə Xasayevadır.
Milli Məclisin yeni tərkibində 19 nəfərin 70 və 70-dən artıq yaşı var. 70 və 70-dən artıq yaşı olan millət vəkillərinin siyahısını təqdim edirik:
23 saylı Nəsimi-Səbail Seçki Dairəsi - Səmədzadə Ziyad (84 yaş)
4 saylı Naxçıvan şəhər Seçki Dairəsi - İbrahimov Eldar (79 yaş)
18 saylı Nərimanov-Nizami-Binəqədi Seçki Dairəsi - Musabəyov Rasim (73 yaş)
22 saylı Nəsimi-Yasamal Seçki Dairəsi - Mollazadə Asim (71 yaş)
25 saylı Nizami ikinci Seçki Dairəsi - Əhmədov Əli (71 yaş)
28 saylı Sabunçu üçüncü Seçki Dairəsi - Quliyev Eldar (73 yaş)
34 saylı Xətai ikinci Seçki Dairəsi — Zabelin Mixail Yuryeviç (78 yaş)
60 saylı Quba - Qusar Seçki Dairəsi - Rəfailov Anatoliy (71 yaş)
63 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsi - Hüseynov Rəfael (70 yaş)
67 saylı Sabirabad Seçki Dairəsi - Əmiraslanov Əhliman (76 yaş)
73 saylı Masallı-Cəlilabad Seçki Dairəsi - İbrahimli Fəzail (73 yaş)
76 saylı Lənkəran-Masallı Seçki Dairəsi - Paşazadə Cavanşir (71 yaş)
82 saylı İmişli-Saatlı Seçki Dairəsi - Salahlı Səyyad (72 yaş)
85 saylı Füzuli-Ağcabədi Seçki Dairəsi - Abbasov Aqil (71 yaş)
86 saylı Ağcabədi Seçki Dairəsi - Rzayev Tahir (74 yaş)
91 saylı Göyçay Seçki Dairəsi - Hacıyev Sabir (70 yaş)
101 saylı Samux-Şəmkir Seçki Dairəsi - Qurbanlı Mübariz (70 yaş)
113 saylı Qax-Şəki Seçki Dairəsi - Məsimli Əli (71 yaş)
118 saylı Ağdam-Xocalı Seçki Dairəsi - Məmmədov Elman (74 yaş)
124 saylı Şuşa-Ağdam-Xocavənd Seçki Dairəsi - Bülbüloğlu Polad (79 yaş)