Rusiya Azərbaycandakı seçkilərlə bağlı Qərbin qərəzli münasibətini pislədi

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanda keçirilən parlament seçkisi ilə bağlı Qərbin qərəzli qiymətləndirməsini pisləyib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya XİN-in bəyanatında bildirilir.

Azərbaycanı parlament seçkisinin uğurlu təşkili münasibətilə təbrik edən departament qeyd edib ki, Rusiya Azərbaycan parlamentinin yeni tərkibi ilə konstruktiv qarşılıqlı fəaliyyətin davam etdiriləcəyini gözləyir.

Nazirlik vurğulayıb ki, Qərb strukturlarının Azərbaycandakı seçki ilə bağlı qərəzli qiymətləndirmələri reallığa uyğun deyil.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı