Macarıstanda “Budapeşt -1956. Bakı - 1990. İmperiyanın başlanğıcı və sonu” kitabı hazırlanıb

20:43 19 Yanvar 2015
108 Ölkə
Ölkə mətbuatı
A- A+


Budapeşt, 19 yanvar, AzərTAc
Azərbaycanın Macarıstandakı səfirliyi 20 Yanvar faciəsinin 25 illiyi və sovet qoşunlarının Budapeştdə xalq inqilabını amansızlıqla yatırmasının gələn il tamam olacaq 60 illiyi münasibətilə “Budapeşt-1956. Bakı -1990. İmperiyanın başlanğıcı və sonu” kitabını çapa hazırlayıb. Layihənin əlaqələndiriciləri Macarıstan tərəfdən tanınmış macar hərbi jurnalisti, uzun illər “Nepsabadşaq” qəzetinin keçmiş SSRİ üzrə müxbiri olmuş Peter Dunai, Azərbaycan tərəfdən isə səfir Vilayət Quliyevdir.
Kitabda çoxsaylı arxiv materialları, mətbuat informasiyaları, hadisələrin canlı şahidlərinin xatirələri, rəsmi məlumatlar, tarixçilərin və siyasi şərhçilərin fikirləri toplanıb. Eyni zamanda, hadisələrin isti izi ilə çəkilmiş çoxsaylı fotolara da yer verilib.
Kitabın ilk versiyası rus dilində hazırlanıb. Gələcəkdə onun macar və Azərbaycan dillərinə tərcüməsi də nəzərdə tutulur.
Pərvanə Qarayeva
AzərTAc-ın xüsusi müxbiri
Budapeşt

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Macaristanda_Budapest__1956_Baki___1990_Imperiyanin_baslangici_ve_sonu_kitabi_hazirlanib-825921

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR