Messencerlərə etibar edilməməlidir - Medvedev

"Telegram" da daxil olmaqla messencerlərə vacib rəsmi və ya şəxsi məlumatlar etibar edilməməlidir.

Metbuat.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib:

“Düşünürəm ki, "Telegram" və ya digər messencerlərdən istifadə edən hər kəs başa düşür ki, sən orada heç bir şəxsi, məxfi məlumatı yerləşdirməməlisən".

Onun sözlərinə görə, "Telegram"da bütün məlumat kütləsinin dekodlanması və emalı xeyli səy və vaxt tələb edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı