Qarabağ separatçılarının cinayət işinin istintaqı yekunlaşıb - Baş prokuror

Azərbaycanın Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğalından sonra yaradılmış qondarma qurumun separatçı rəhbərlərinin barəsində olan cinayət işlərinin istintaqı başa çatıb.

Metbuat.az xəbər verir ki, bunu Rusiyada Şərq İqtisadi Forumunda iştirak edən Azərbaycanın Baş prokuroru Kamran Əliyev "News.ru"ya müsahibəsində deyib.

    Baş prokuror separatçılarla bağlı cinayət işi üzrə istintaqın başa çatdığını, cinayət işi materiallarının baxılması üçün yaxın vaxtlarda məhkəməyə göndəriləcəyini bildirib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı