Slovakiyada himnimizi oxuyan qadın kimdir? - VİDEO

Millətlər Liqasının C Liqasının I qrupunun II turu çərçivəsində baş tutan Slovakiya - Azərbaycan matçından öncə ev sahibləri jest edərək, Azərbaycan Respublikasının himnini canlı ifa ilə səsləndirib.

Metbuat.az offsideplus.az-a istinadən xəbər verir ki, himnimizi oxuyan qadın Karen Danqe Manafzadədir.

O, pianoçu, bəstəkar, dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadənin həyat yoldaşıdır. Cütlük 2019-cu ildə Avstriyada ailə həyatı qurub.

Qeyd edək ki, A. Manafzadə Azərbaycanın əməkdar artisti, Bakı Musiqi Akademiyasının dosenti İslam Manafovun oğludur.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı