Avqustda gündəlik neft hasilatı üzrə göstərici açıqlandı

Bu ilin avqust ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 76 045 ton olub.

Energetika Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, bunun 64 870 tonunu xam neft, 11 175 tonunu kondensat təşkil edib.

    Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74 259 ton) təşkil edir.

    Beləliklə, Azərbaycan avqust ayında "OPEC+" çərçivəsində kvotasından 9 389 ton geridə qalıb.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı