Bu il sənaye istehsalı 42 mlrd. manatı ötüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 42,4 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı eyni səviyyədə qalıb, qeyri neft-qaz sektorunda isə 7,8% artıb.

    Məlumata görə, sənaye məhsulunun 64,4%-i mədənçıxarma sektorunda, 29,9%-i emal sektorunda, 4,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

    "Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,4% azalıb, əmtəəlik qaz hasilatı isə 4,1% artıb", - məlumatda qeyd olunur.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı