Yağış yağacaq, sel olacaq - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında sentyabrın 12-si günün ikinci yarısından 14-ü gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, 14-ü səhər yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

    Çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR