Qarabağ və Türkiyə-Azərbaycan universitetləri fəaliyyətə başlayır

Yeni tədris ilində ali təhsil pilləsi üzrə Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başlayacaq.

Metbuat.az xəbər verir ki, yeni tədris ilində Qarabağ Universitetində 1 104 tələbə təhsil alacaq.

2024-2025-ci tədris ilində 295 nəfər “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alacaq. Xatırladaq ki, avqustun 12-də Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın müddəti 2028-ci ilədək uzadılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı