Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən obyektdə baş vermiş yanğınla bağlı yeni məlumat yayıb.
Qurumdan Metbuat.az-a bildirilib ki, yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənərək daha böyük sahəyə yayılmasına, o cümlədən bitişik obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 900 kvadratmetr olan üçmərtəbəli mansard tipli obyektin 3-cü mərtəbəsində yerləşən restoranın yanar konstruksiyaları və dam örtüyü 165 kvadratmetr sahədə yanıb
Restoranın qalan hissəsi, obyektin 1 və 2-ci mərtəbəsində yerləşən mebel salonu, o cümlədən yaxınlıqda yerləşən tikililər yanğından mühafizə olunub.