Trampın mitinqində qeyri-adi hadisə

ABŞ-də prezidentliyə namizəd Donald Trampın Arizona ştatının Tuson şəhərində keçən mitinqində qeyri-adi hadisə yaşanıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, mitinqə gələn bəzi insanların gözlərində yanma kimi simptomlar ortaya çıxıb. Mitinqə qoşulan bəzi şəxslər açıqlamalarında deyiblər ki, gözləri qıcıqlandığı üçün həkimə getmək məcburiyyətində qalıblar.

Həmin şəxslərdən biri olan Mayra Rodriguez xəstəxanaya getsə də, həkimlər simptomların səbəbini müəyyən edə bilməyiblər. Mitinqdə Rodriguezin yanında əyləşən, lakin adının çəkilməsini istəməyən bir qardaş və bacı da yerli mətbuata oxşar simptomlar yaşadıqlarını bildiriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR