"Liverpul"un ulduzu məşhur klubu almaq istəyir

Trent Aleksandr-Arndold Fransa "Liqa 1" komandası "Nant"ın yeni sahibi olmaq istəyir.

Metbuat.az "L'Equipe"ə istinadən bildirir ki, ingilis sağ cinah müdafiəçisi bir investisiya şirkəti vasitəsilə Nantı almaq üçün danışıqlar aparır. Trentin sərmayələrini idarə edən atası Maykl Arnold və "Nant" rəsmilərinin Trentlə ilk dəfə ötən yay görüşdüyü və son bir neçə gündə tərəflər arasında daha bir görüş keçirildiyi bildirilib.

Danışıqlar zamanı satın alma təklifinin 100 milyon avroya çatdığı və bu məbləğin 80 milyon avrosunun ilk mərhələdə ödəniləcəyi qeyd edilib. Tərəflərproseslə bağlı gələn həftə daha bir görüş keçirəcəklər.

"Nant"dan əvvəl Arnold "Sent Etyen" və “Havr”ı almaq üçün də cəhd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR