Bu gün Türkiyə derbisi var - Təqribi heyətlər

Bu gün Türkiyə Super Liqasında derbi baş tutacaq.

Metbuat.az xəbər verir ki, "Fənərbağça" öz meydanında "Qalatasaray"la qarşılaşacaq. Türk mediasına görə, derbidə təqribi heyətlər belə olacaq:

- "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyonun "Qalatasaray"a qarşı oynayacağı 11 oyunda Livakoviç, Mert Müldür, Çağlar, Djiku, Oosterwolde, Fred, İsmayıl, Tadiç, Şimanski, Maksimin və Dzekonu seçəcəyi gözlənilir.

- "Qalatasaray"ın baş məşqçisi Okan Burukun isə matçda Muslera, Kaan Ayhan, Sanchez, Abdülkerim, Jakobs, Torreira, Sara, Yunus, Mertens, Barış və Osimheni seçəcəyi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR