Şərurda turşudan zəhərlənən 16 yaşlı qız öldü

Şərur sakini turşudan zəhərlənərək dünyasını dəyişib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə Şərur rayonunun Kürkənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2008-ci il təvəllüdlü Ələkbərova Gülnaz Cəmil qızı konserviləşdirilmiş xiyar turşusunu yedikdən sonra zəhərlənib.

Səhhəti pisləşən Ələkbərova Gülnaz Cəmil qızı xəstəxanaya yerləşdirib. Həkimlərin səyinə baxmayaraq, o dünyasını dəyişib.

Faktla bağlı Şərur rayon Prokrorluğunda araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı