Bakıda orta əməkhaqqı bu qədər artıb

2024-cü ilin yanvar-iyul aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 267 manat təşkil edib.

Metbuat.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, bu rəqəm 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7,4 % artım göstərib.

Qeyd edək ki, Azərbaycanın ümumi statistikasına görə, bu ilin ilk 7 ayında ölkə üzrə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı bir əvvəlki illə müqayisədə 8,3 % artaraq 1 002,4 manat olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı