Nurlana Cəfərovaya yüksək vəzifə verildi

Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanın nümayəndə heyətinin rəhbəri dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd edilib ki, nümayəndə heyətimizin yeni rəhbəri vəzifəsinə tanınmış aparıcı, hazırda “Avroviziya”da Azərbaycan nümayəndə heyətinin mətbuat xidmətinin rəhbəri Nurlana Cəfərova təyin olunub.

Məlumat üçün qeyd edək ki, Nurlana Cəfərova 2006-cı ildən televiziya və radio sahəsində fəaliyyət göstərir. Əvvəllər o, 2014-2016-cı illərdə 106 FM radiosunun direktoru, 2017-2020-ci illər ərzində Azərbaycan Televiziyasının Musiqi və Əyləncəli proqramlar redaksiyasının baş redaktoru vəzifələrində, daha sonra İctimai Televizyada aparıcı vəzifəsində çalışıb.

Digər dəyişikliyə görə isə İctimai TV-nin Beynəlxalq Əlaqələr Departamentinin direktoru Maksim Tsurkova yeni səlahiyyət verilib. Belə ki o, həm də “Avroviziya” layihəsi üzrə Şirkətin Baş Direktorunun müşaviri vəzifəsini icra edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR