"Seltik" azarkeşlərinin İsrailə qarşı etirazları davam edir

Şotlandiyanın "Seltik" komandasının azarkeşlərinin İsrailə qarşı etirazları davam edir.

Metbuat.az xəbər verir ki, azarkeşlər “Seltik”in UEFA Çempionlar Liqasında Dortmund "Borussiya"sı ilə səfər matçında İsrailin Fələstinə və Livana hücumlarına reaksiya verib. Ev matçlarında Fələstinə fəstək ifadə edən azarkeşlər, “Borussia Dortmund”la səfər matçında da İsrail əleyhinə plakatlar açıblar. Şotlandiyalı azarkeşlər tribunalarda Fələstin və Livan bayraqlarını qaldıraraq, İsrailə etiraz ediblər. Daha əvvəl tribunalarda Qəzzaya verdiyi dəstəyə görə UEFA tərəfindən cəzalandırılan "Seltik" azarkeşləri geri addım atmadan dəstəyini davam etdirirlər.

Qeyd edək ki, oyun “Borusia Dortmund”un 7-1 hesablı qələbəsi ilə başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR