Livandan Suriyaya 128 mindən çox insan keçdi

İsrailin hücumlar təşkil etdiyi Livandan Suriyaya 128 mindən çox insan keçib.

Metbuat.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarının müavini Kelli Klements belə açıqlama verib. Klements İsrailin hücumları altında olan Livandakı vəziyyətlə bağlı paylaşım edib. Livanda artan zorakılığın onsuz da çətin vəziyyətdə olan xalqın vəziyyətini daha da pisləşdirdiyini bildirən Klementsin sözlərinə görə, Livandan Suriyaya qaçqın axını davam edir. Qeyd edək ki, İsrailin intensiv hücumları nəticəsində Livanda 1374 nəfər ölüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR