185 milyonu "yeyən" Məmmədov barədə qərar verildi

“Baku Steel Company”nin 13 il 9 ay azadlıqdan məhrum edilmiş keçmiş rəhbəri Rasim Məmmədovun kassasiya şikayətinə baxılıb.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Ali Məhkəmədə keçirilən iclasda qərar elan edilib.

Məhkəmə R.Məmmədovla bağlı əvvəlki qərarda qanun pozuntuları aşkar etməyib. Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, Rasim Məmmədov DTX-nin keçirdiyi əməliyyatla həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 185 milyon manatlıq yeyintidə təqsirli bilinib. 14 il azadlıqdan məhrum edilib. Bundan əlavə onun 70 milyonluq əmlakı müsadirə edilib. Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 3 ay azaldıb, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb.

Bir ay əvvəl Ali Məhkəmə müsadirə edilən əmlaklarla bağlı şikayətləri rədd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı