Zəminə Abbasovaya yüksək vəzifə verildi

Neftçala Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin edilib.

Metbuat.az-ın Report-a istinadən məlumatına görə bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən 1968-ci il təvəllüdlü Abbasova Zəminə Adil qızı Neftçala Rayon Mərkəzi Xəstəxanasına direktor müavini-baş həkim vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Z.Abbasova bu təyinata kimi xəstəxanada Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri vəzifəsində işləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı