Faciəvi şəkildə vəfat edən rəis müavinin FOTOSU

Xəbər verdiyimiz kimi, oktyabrın 9-da saat 21:30 radələrində Bakı-Qazax yolunun Yevlax rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az bildirir ki, qəza nəticəsində minik avtomobilinin sürücüsü Nərimanov Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini hadisə yerində vəfat edib.

Qeyd edək ki, məzuniyyətdə olan C.İsmayılzadə polis zabitidir. Onun atası polkovnik Namiq İsmayılov isə əvvəllər Binəqədi Rayon Polis İdarəsinin rəisi olub.

Foto: "Qafqazinfo"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR