Azərbaycan yığması Estoniya ilə qarşılaşacaq - UEFA Millətlər Liqası

Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında səfərdə Estoniya millisi ilə üz-üzə gələcək.

Metbuat.az xəbər verir ki, C Liqasının 1-ci qrupundakı qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Tallində gerçəkləşəcək matçı İrlandiyadan olan Rob Harvi idarə edəcək. Qrupun saat 22:45-də başlayacaq digər oyununda Slovakiya İsveçi qəbul edəcək.

UEFA Millətlər Liqası

C Liqası, 1-ci qrup

III tur

20:00. Estoniya - Azərbaycan

Baş hakim: Robert Harvi (İrlandiya).

Tallin, "A.Le Koq Arena”.

Qeyd edək ki, iki turdan sonra İsveç və Slovakiya 6 xalla ilk pillələri bölüşürlər. Hər iki matçda uduzan Azərbaycan və Estoniya kollektivləri 3-4-cü yerdə qərarlaşıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR