ABŞ-də hərbi təyyarə qəzaya uğradı

ABŞ-nin Vaşinqton ştatında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "EA-18G Growler" tipli döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilib ki, Rainier dağının şərqində qəzaya uğrayan təyyarədə 2 ekipaj üzvü olub, onların tapılması üçün helikopter yardımı ilə axtarış-xilasetmə əməliyyatına başlanılıb.

Qəzanın baş vermə səbəbi araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR