Tağı Əhmədov hansı xəstəlikdən əziyyət çəkirdi?

Xəbər verdiyimiz kimi, “Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov vəfat edib.

Tağı Əhmədovun hansı xəstəlikdən əziyyət çəkməsi ilə bağlı sosial mediada fərqli fikirlər səslənir.

Metbuat.az xəbər verir ki, metropolitenin keçmiş rəisi ağır şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi. O, müsahibələrindən birində diabeti “aristokratların xəstəliyi” adlandırmışdı, onunla yola getdiyini bildirmişdi. Tağı Əhmədov bu xəstəliklə yanaşı, qan təzyiqi və “miyelit” (onurğa-beyin iltihabı) xəstəliklərindən də müalicə olunurdu. Son 2 ildə xəstəliyin ağırlaşması səbəbindən ayaqları tutulmuşdu, əlil arabasında gəzirdi.

Qeyd edək ki, Əhmədov Tağı Məhəmməd oğlu 1 fevral 1949-cu ildə Naxçıvanın Şahbuz rayonunda anadan olub. O, 1998–2014-cü illərdə “Bakı Metropoliteni” QSC-yə rəhbərlik edib. T.Əhmədov eyni zamanda, 2022-ci ilədək Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri idi.

Zaur Əliyev / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı