Okeanın dərinliyində istilik belə formalaşır - Araşdırma

Avstraliya və Çindən olan tədqiqatçılar okeanın dərinliklərindəki istilik dalğaları ilə bağlı araşdırma aparıblar.

Metbuat.az xəbər verir ki, araşdırmaya görə, okeanın dərinliklərindəki istilik dalğaları səthdə baş verən istilik hadisələrindən asılı deyil. Bildirilir ki, elm adamları birgə araşdırma çərçivəsində okeanlardan götürülmüş 2 milyondan çox temperatur məlumatını araşdırıblar. Elm adamları 100 metr dərinlikdəmeydana gələn istilik dalğalarının 80 faizinin səthdəki hadisələrdən asılı olmayaraq meydana gəldiyini müəyyən ediblər. Tədqiqatçılar okeanlardakı istilik dalğalarının dərinliklərdə əmələ gələn burulğanlarla əlaqəli olduğunu və burulğanların sudakı oksigen səviyyəsinə də təsir etdiyini vurğulayıblar.

Qeyd edək ki, bundan əvvəl tədqiqatçılar, okeanın dərinliklərindəki istilik dalğalarını okeanın səthindəki hadisələrlə əlaqələndirirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı