Abbas İsrailin əsl planını açıqladı

İsrail hücum etdiyi Qəzza zolağından fələstinliləri çıxartmaq istəyir.

Metbuat.az xəbər verir ki, Fələstin prezidenti Mahmud Abbas Tatarıstan Respublikasının paytaxtı Kazanda keçirilən BRİKS Liderlər Sammitinin yekun iclasında belə açıqlama verib. Abbas bildirib ki, bu, torpaqlarında yaşayan insanları öz torpaqlarından məhrum etmək planıdır. 1948-ci ildə Nəkbədən sonra fələstinlilərin ən böyük fəlakəti yaşadığını deyən Abbas, İsrail ordusunun Qəzzada soyqırım cinayətləri və etnik təmizləmə həyata keçirdiyini ifadə edib.

Onun sözlərinə görə, humanitar yardımın Qəzzaya daxil olmasına icazə verilməli, İsrail Qəzza zolağından tamamilə çıxmalır və Fələstin dövləti köçkünlərin öz ərazilərinə qayıtmasını və yenidənqurma işlərini öz üzərinə götürməsini təmin etməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı