Bakının Binəqədi rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi iki nəfərin həyatına son qoyub.
Metbuat.az xəbər verir ki, 133 saylı sərnişin avtobusu hərəkətdə olarkən qarşıdan gələn “Opel” markalı avtomobillə toqquşub. Zərbənin gücündən “Opel” digər iki nəqliyyat vasitəsinə çırpılaraq sıxılmış vəziyyətə düşüb. Avtomobildə olan 39 yaşlı Afər Mirzəxan oğlu Əyyubov və Cavid Mahir oğlu Məmmədov hadisə yerində həyatlarını itiriblər.
Meyitlər təcili tibbi yardım briqadalarının köməkliyi ilə aidiyyəti qurumlara təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, sərnişin avtobusunun işıqforun qırmızı işığında hərəkət etdiyi bildirilir.