Bu tarixədək leysan olacaq, qar yağacaq

Noyabrın 3-ü axşamdan başlayaraq 4-ü axşamadək Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax-Gəncə, Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi Aran, Qarabağ, Şərqi-Zəngəzur və Lənkəran-Astara bölgələrində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Metbuat.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, sözügedən bölgələrin bəzi yerlərində yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda yağışın qara keçəcəyi ehtimalı var.

Xidmət rəsmisinin sözlərinə görə, çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

“Bölgələrdə, xüsusilə dağlıq və dağətəyi rayonlarda gözlənilən leysan xarakterli intensiv yağıntıların yarada biləcəyi sel təhlükəsi ilə bağlı əhalini ehtiyatlı olmağa, eyni zamanda hava haqqında verilən məlumatlara, xüsusən xəbərdarlıqlarla bağlı çağırışlara diqqət yetirməyə çağırırıq”, - deyə Gülnarə Abbasova qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı