Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Cabbar Hafiz oğlu Musayev Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Metbuat.az Naxçıvan şəhərinin yeni icra başçısı Cabbar Musayev haqqında məlumatı təqdim edir:
Cabbar Musayev 1981-ci ildə Naxçıvanda anadan olub. Türkiyədə ali təhsil alıb, Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə kredit üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirib. O, iqtisad üzrə fəlsəfə doktorudur. 2004-2013-cü illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində çalışıb, daha sonra Yüksək Texnologiyalar Parkı MMC-də direktor müavini olub.
2016-cı ildən Dövlət Statistika Komitəsində aparat rəhbəri vəzifəsini icra edib. 2021-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilən Musayev, dövlət qulluğunun müşaviridir.
Ailəlidir, iki övladı var.