Qlobal fəlakət zamanı sağ qalacaq 5 ölkə - Siyahı

Elm adamları dünyada böyük fəlakət baş verə biləcəyi təqdirdə az zərər görəcək ölkələri müəyyən ediblər.

Metbuat.az xəbər verir ki, bu barədə Anglia Ruskin Universitetinin Qlobal Davamlılıq İnstitutu araşdırma aparıb. Qlobal miqyaslı fəlakətin mümkün olduğunu xatırladan mütəxəssislər bildirib ki, qlobal fəlakət zamanı əksər ölkələr ciddi zərər görəcək. Araşdırma zamanı elm adamları ölkələrin öz əhalisi üçün ərzaq yetişdirmək, sərhədlərini arzuolunmaz kütləvi miqrasiyadan qorumaq, istehsal, bol kənd təsərrüfatı torpaqlarının olmasını və digər imkanlarını nəzərdən keçiriblər. Araşdırma zamanı elm adamları həmçinin dünyanın ən zəngin insanlarının sığınacaq tikdiyi ölkələrə diqqət yetiriblər və ən çox sığınacaqların tikildiyi ölkənin Yeni Zelandiya olduğu aşkar edilib.

Məsələ ilə bağlı danışan elm adamı Aled Jones bildirib ki, Yeni Zelandiyanın siyahıda olması təəccüblü deyil. Çünki, sərhədlərin asanlıqla müdafiə oluna bildiyi, iqlimi mülayim olan bölgələr ən təhlükəsiz yerlərdir. Siyahıya Yeni Zelandiya ilə yanaşı İslandiya, İngiltərə, İrlandiya və Avstraliyanın Tasmaniya əyaləti yer alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı