COP29-un yüksəkvəzifəli nümayəndələri plenar sessiyada çıxış ediblər

Bakıda keçirilən iqlim sammiti çərçivəsində təşkil olunan interaktiv müzakirələrdən sonra “COP29: biznes, investisiya və xeyriyyəçilik” mövzusunda plenar iclas çıxışlarla davam edib.

Metbuat.az xəbər verir ki, tədbirdə COP29-un Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və ölkənin iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çıxış edərək iştirakçıları bir daha gündəlikdə olan aktual məsələlərə diqqəti azaltmamağa çağırıblar. Onlar qeyd ediblər ki, iqlim dəyişikliyi ilə mübarizə və BMT-nin Çərçivə Konvensiyasının iştirakçısı olan dövlətlərin layihələrinin maliyyələşdirilməsi seqmentinə sadiqlik prioritet vəzifədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı