Bakıda keçirilən COP29 Konfransına böyük maraq var - "Haber Global"

Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının COP29 Konfransına böyük maraq var.

Metbuat.az xəbər verir ki, bu fikirlər Türkiyənin "Haber Global" telekanalının qlobal əhəmiyyətli tədbirdən hazırladığı növbəti reportajda yer alır.

Bildirilir ki, sammit həm də "Maliyyə COP-u" adlanır, çünki konfransın əsas gündəliyi xüsusilə həssas ölkələr üçün iqlim dəyişikliyi ilə mübarizə məqsədilə lazımi maliyyənin necə təmin edilməsidir.

Qeyd olunur ki, tədbiri müxtəlif ölkələrdən üç min jurnalist izləyir.

169 ölkədən 72 min insanın iştirak etdiyi tədbir Bakı Olimpiya Stadionu və onun ətrafında yaradılmış müvəqqəti ərazilərdə keçirilir. Giriş hissəsindən iclas otağına qədər uzanan dəhlizlərdə Azərbaycan Tarixi Muzeyinin inventarında olan ölkə tarixinə aid əşyalar sərgilənir. Xüsusilə iqlim dəyişikliyi ilə mübarizədə ölkələrin həll yollarının izah edildiyi pavilyonlar ziyarətçilərlə doludur.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı