Kiçik ada dövlətlərinə kömək üçün maliyyə mexanizmi yaratmalıyıq - Tonqalı deputat

Kiçik ada dövlətlərinə kömək etmək üçün maliyyə mexanizmi yaratmalıyıq.

Metbuat.az xəbər verir ki, bunu tonqalı deputat Paula Piveni Pikula COP29 çərçivəsində Parlamentlərarası İttifaqın (IPU) və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkil etdiyi Parlament Görüşü çərçivəsində “İnsanların mobilliyinin və iqlim dəyişikliyinin idarə edilməsi: İqlim dəyişikliyinin səbəb olduğu miqrasiya və yerdəyişmə problemlərinin həlli” mövzusunda panel sessiyasında çıxışı zamanı deyib.

"Biz öz mənfəətləri üçün qalıq yanacaq istehsal edən ölkələrin yaratdığı hava fəlakətlərinin qurbanıyıq. İnanıram ki, onlar zəngindirlər, lakin bu hərəkətlərin dolayı nəticələri ada xalqlarına əziyyət verir. 206 adadan 166-sının payına ümumi karbon emissiyasının 10 faizindən azı düşür", - o bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə ən yüksək dəniz temperaturu müşahidə olunacaq.

"Siz dünyanızı qalıq yanacaqlar üzərində qurmusunuz və biz heç vaxt kompensasiya almamışıq. Dövlətlərimizə kömək etmək üçün qanunla deyil, könüllülük əsasında emissiyaların 80 faizini buraxan ölkələrlə koordinasiyanı nəzərə alan maliyyə mexanizmi yaratmağın vaxtı çatıb", - o bildirib.

Qeyd edək ki, tədbirdə Parlamentlərarası İttifaqının (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova da iştirak edir.

Xatırladaq ki, ötən gün Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb. Tədbirdə Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, həmçinin Parlamentlərarası İttifaqın Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirak ediblər.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirak edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı