Bu gün COP29 çərçivəsində müstəmləkə ərazilərində nüvə sınaqlarına etiraz olaraq aksiya təşkil edilib.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, aksiyada üzərində Afrikada müstəmləkəçilik mənfi təsirləri, Fransız Polineziyasında nüvə sınağı, Nigerdə uran hasilatı, Yeni Kaledoniyada nikel mədəninin ətraf mühitə təsiri, Martinikdə suyun çirklənməsi, Əlcəzairdə 1970-ci ildə Fransanın nüvə sınağı, Martinikdə ətraf mühitin çirklındirilməsi, Fransız Qvineyasında zərərli maddələrin çaya axıdılmasını əks etdirən fotoşəkillər nümayiş olunub.
Aksiya iştirakçıları nüvə sınaqlarına etirazlarını bildirib, şüarlar səsləndiriblər.