Prezident Fərman imzaladı

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının maliyyələşdirilməsinə ayrılan vəsait azaldılıb.

Metbuat.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Beləliklə, 2024-cü ildə dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının maliyyələşdirilməsinə ayrılan vəsaitin həcmi 70 milyon manatdan 41 milyon 700 min manata endirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı