Hərbi Prokurorluq DİN ilə birgə tədbir keçirdi - FOTO

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 55-ci ildönümü, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası və COP29-un mahiyyəti, eləcə də hüquqi biliklərlə bağlı maarifləndirmə ilə əlaqədar Hərbi Prokurorluq Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunları ilə birgə N saylı hərbi hissədə tədbir keçirib.

Bu barədə Metbuat.az-a Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxslərinin və DİN-in Daxili Qoşunlarının yüksək rütbəli hərbi qulluqçularının Qəbələ rayonunda rayon rəhbərliyi ilə birgə keçirdikləri tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin və şəhidlərin abidələri önünə gül dəstələri düzülərək, onların əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR